Qədimov Əli Tofiq oğlu
y/stat müəllimi
20 avqust 1979-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1997-ci ildə orta təhsilini başa vurduqdan sonra həmin ildə Naxçıvan Dövlət Universitetinin hüquqşünaslıq ixtisasına daxil olub, 2001-ci ildə Universiteti həmin ixtisas üzrə bitirmişdir. 2001-ci ilin iyul ayında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb, 2002-ci ilin iyul ayında ehtiyata buraxılmışdır. 2004-2007-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə İdarəçiliyi” ixtisası üzrə qiyabi təhsil almış, 2009-cu ildə Naxçıvan Dövlət Universitetində “Dövlət hüququ” ixtisası üzrə magistr təhsilini başa vuraraq “Xarici ölkələrin seçki sistemləri” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. 2008-ci ildən etibarən Naxçıvan Dövlət Universitetinin “Hüquq fənləri” kafedrasının müəllimidir. Hüquq nəzəriyyəsi, insan hüquqları və maliyyə hüququ fənlərinin tədrisini həyata keçirir. 31 iyul 2018-ci tarixdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Dərc olunmuş elmi əsərləri:
1. Azerbaycan cumhuriyeti anayasasının hükümleri açısından vergi kavramının incelenmesi Hukuk Biliminin Güncel Sorunları 3. Uluslararası Kongre Bildiri Kitabı (2 Cilt Takım)
2. Hüquq normasında onun tərkib ünsürlərinin əks olunması Bakı Hüquq Jurnalı № 3, May 2013
3. Hüquq nəzəriyyəsi fənni üzrə metodik göstərişlər Metodik göstəriş NDU-nun “Qeyrət” nəşriyyatı, Naxçıvan – 2019
4. Maliyyə hüququ fənni üzrə metodik göstərişlər Metodik göstəriş NDU-nun “Qeyrət” nəşriyyatı, Naxçıvan – 2020