Qocayeva Nübar Bəndalı qızı

E-mail: nubarqocayeva@ndu.edu.az

umumiriyaziyyat@ inbox.ru

Qocayeva Nubar Bəndalı qızı 1976-cı il iyun ayının 2-də Naxçıvan MR Şahbuz rayonunun Aşağı Remeşin (indiki Qızıl Qışlaq) kəndində ziyalı ailəsində anadan olmuşdur.

            1982-ci ildə Aşağı Remeşin kəndində Namaz Namazov adına orta məktəbin 1-ci sinfinə daxil olmuşam. 1993-cü ildə həmin məktəbi bitirmişdir.

1993-cü ildə Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq fakültəsinin “Riyaziyyat” ixtisasına qəbul olmuş, 1997-ci ildə həmin ixtisası bitirmişdir.

1997-ci ildə Naxçıvan Dövlət Universitetinin magistratura şöbəsinin “Diferensial tənliklər” ixtisasına qəbul olmuş, 1999-cu ildə magistraturanı bitirmişdir.

2001-ci il 30 mart tarixdən “Cəbr və həndəsə” (Ümumi riyaziyyat) kafedrasında baş laborant vəzifəsində işləməyə başlamış. 2003-cü il sentyabr ayından isə həmin kafedrada tam ştat müəllim vəzifəsinə keçmişdir. 13 sentyabr 2013-cü il tarixdən “Ümumi riyaziyyat” kafedrasında baş müəllim vəzifəsində işləyir.

2008-ci ildə “Riyazi analiz” ixtisası üzrə qiyabi aspiranturaya daxil olub. Xarici dildən (İngilis dilindən) namizədlik minimumu vermişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, bir övladı var. Naxçıvan şəhərində yaşayır.

Məqalələr

1.       N.B.Həsənova, R. Ə. Həsənov. Diskret matris – cəbri Lyapunov tənliyinin həlli üçün effektiv hesablama alqoritmi. NDU, «Elmi əsərlər» № 10 – Naxçıvan, 2003, s.15-18.

2.       N.B.Həsənova. Riyaziyyatın tədrisində təlim üsulu problemi. NDU, «Xəbərlər» № 2 (29) – Naxçıvan, Qeyrət nəşriyyatı, 2006, s.41-42.

3.       N.B.Həsənova, E. Ağayev, S. Əliyev.О скорости роста решения одного нелинейного эллипгического уравнения второго порядка в перфорированной области. NDU, «Xəbərlər» № 1 (35) – Naxçıvan, 2011, s.10-12.

4.       N.B.Həsənova, E. Ağayev, S. Əliyev.Növbələşən düz və dövrü əyri layların kompozit materialları gərginlik vəziyyətinin tədqiqi. NDU, “Xəbərlər” № 4 – Naxçıvan, 2018.

5.       N.B.Həsənova, A. Əliyeva. Məktəb riyaziyyatı kursunda riyazi məntiq və çoxluqlar nəzəriyyəsi elementlərindən istifadənin mahiyyəti haqqında. NDU, “Xəbərlər” № 4 – Naxçıvan, 2018.

6.       Banax fəzasında sistemin bazisliyini isbat edən təkliflər-NDU, “Xəbərlər” № 7 – Naxçıvan , 2020, s. 11  - 14

7.       Orta məktəbin riyaziyyat kursunda riyazi məsələ həlli təliminin nəzəri və metodik problemləri-NDU, “Xəbərlər” № 4 – Naxçıvan , 2021, s. 56  - 61

8.       Təsadüfi kəmiyyət və onun paylanma funksiyasına aid bəzi xarakteristik məsələlərin həlli-NDU, “Xəbərlər” № 4 – Naxçıvan , 2022, s. 38  - 42

Tezislər

9.       N.B.Həsənova, E. Ağayev, S. Əliyev.Bir Qeyri-Xətti Elliptik Tənlik Üçün Fraqmen-Lindelyof Tipli Teorem. Nmi – H. Əliyev – 88. “Müasir Təlim Metodları Və Yeni Pedaqoji Texnologiyanın Təlim – Tərbiyə Prosesində Tətbiqi” Mövzusuna Həsr Edilmiş Elmi Praktik Konfransın Materialları. Naxçıvan, 2011.