Məmmədova Rübabə İbrahim qızı

                                                         İngilis dili və metodika kafedrasının baş müəllimi
                                                                rubabem@yahoo.com
                                                              rubabamammadova@ndu.edu.az

 

                                                     

 1968-cı il aprelin 3-də Culfa rayon Xanağa kəndində anadan olub. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin hazırlıq şöbəsinə   dinləyici kimi qəbul olub, 1988-ci ildən 1993-cü ilədək həmin institutun ingilis dili fakültəsində təhsil alıb. 1993-cü ildən 2011-ci   ilədək Naxçıvan MR-da müxtəlif orta məktəblərdə ingilis dili müəllimi kimi fəaliyyət göstərib. 2008-ci ildən Naxçıvan Dövlət   Universiteti beynəlxalq münasibətlər və xarici dillər fakültəsi ingilis dili və metodika kafedrasında müəllim vəzifəsində çalışır.   Naxçıvan Dövlət Universitetində  və Bakı şəhərində keçirilən yerli və beynəlxalq ixtisasartırma kurslarında iştirak etmiş, Britaniya konsulluğunun “Gələcəyə aparan uğurlu yol” (Bridge to Future Success) adlı layihəsi xətti ilə Naxçıvan Dövlət Universitetində “İngilis dili” kafedrasının əməkdaşları ilə birlikdə 29-31 oktyabr  2010-cu il tarixində təlim keçmiş, həmçinin, 10.04-2011-01.07-2011-ci il tarixdə  Britaniya Konsulluğunun təşkil etdiyi “TKT -online course”-da iştirak etmiş, kursu uğurla başa vurmuş və yüksək dərəcəli sertifikat almış, 2013-cü ildə TEMPUS layihəsi çərçivəsində Lənkəran Dövlət Universitetində dil və tərcümə üzrə keçirilən treininqlərdə iştirak etmiş və sertifikatlar almış, 2013-cü ildə tələbələrlə Azərbaycan Dillər Universiteti və Amerika Səfirliyinin birgə  təşkil etdiyi Online kurslarında   iştirak  etmişdi,  2 proqram və 10 məqalə müəllifidir. Ailəlidir. 2 övladı var.

Dərc olunmuş elmi əsərlər:

1.    “Kanada variantının formalaşmasının əsas yolları” Naxçıvan NDU “Qeyrət  Elmi əsərlər 2014 (5 səh)              

2.    “Tərcümə prosesində Cerunddan isdifadə qaydaları” Naxçıvan Müəllimlər  İnstitutu “Xəbərlər” Məktəb nəşriyyat 2009 (5 səh)              

3.    Tələbələrin səhvlərinin düzəldilməsi yolları Azərbaycan  Dillər Universiteti Məqalələr toplusu. Ali məktəbdə xarici dilin tədrisi: Reallıqlar və perspektivlər , 2013 (9 səh).

4.    “İnformasiya texnologiyaları” ixtisası, ali təhsilin bakalavr pilləsi üçün “Praktik ingilis dili” fənni üzrə proqram” Naxçıvan,  NDU “Qeyrət” nəşriyyatı, 2017-ci il.

5.    Xarici dilin tədrisində orijinal materiallardan istifadə. Məqalə. Naxçıvan Müəllimlər İnstitutu, Elmi əsərlər, 2019, №4(58), səhifə 63-67.

6.    “Xarici dilin tədrisində oyunlardan istifadə” NDU Elmi Əsərlər 2019

7.    “Xarici dilin tədrisində orijinal materiallardan istifadə”. NDU-nun “Elmi Əsərlər”, 2019-cu il, 5(102)

8.    İngilis dili qrammatikasının oyunlar vasitəsilə tədrisi. Məqalə. NDU, Elmi əsərlər, № 1(102), 2-ci cild, 2020, səhifə 52-55

9.    Muxtar Respublikanın xarici iqtisadi əlaqələrində turizm perspektivləri. Konfrans məqaləsi. Naxçıvan Universiteti redaksiya 2020

10. “Xarici dilin tədrisində mahnılardan istifadənin əhəmiyyəti”. Məqalə. AMEA-nın “Axtarışlar” jurnalı, 2021

11. Xarici dilin (ingilis dili) tədrisində orijinal materiallardan istifadə yolları fənnindən ali təhsilin magistr pilləsi üçün Xarici dilin (İngilis dili) tədrisi metodikası və metodologiyası ixstisası üzrə proqram, həmmüəllif  Zeynalova Leyla Kazım  qızı, Naxçıvan, “Əcəmi” 2021

12. Məqalə. İngilis dilinin xüsusi məqsədlər üçün tədrisi. Naxçıvan Universiteti, “Elmi Əsərlər”, İSSN 2616-4248, №1(25), 2022, səhifə 169-175.

13. Tapşırıq əsaslı dil tədrisi vasitəsi ilə ingilis dilinin öyrədilməsinə dair. Xarici dillərin tədrisi və tədqiqində ənənəviliyin və müasirliyin  vəhdəti mövzusunda Respublika konfransı, Naxçıvan Dövlət Universiteti, 2022, s.20-21.

14. Xarici dilin tədrisində tapşırıq əsaslı öyrənmə metodundan istifadənin yolları və əhəmiyyəti. NDU “Elmi Əsərlər”, Humanitar Elmlər Seriyası, ISSN 2224-5529, №5(118), 2022, 40-44

15. Orijinal öyrənmə mühitində texnologiyanın və orijinal öyrənmə proqramlarının rolu. NDU “Elmi əsərlər”, №1(122), 2023, səhifə103-108

16. Şagirdlərin nitq bacarıqlarının inkişaf etdirilməsi üsulları. Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Dil bacarıqlarının inkişafında yeni texnika və metodların tətbiqi” mövzusunda  elmi-praktiki respublika konfransı, Naxçıvan, Qeyrət nəşriyyatı, 2023, səhifə 68-69

17. Technological capabilities that increase motivation in teaching English. Publisher.agency: Proceedings of the 4th International Scientific Conference «Progress in Science», Brussels, Belgium, №4, 15-16.11.2023, səhifə 86-92

18.  Using digital media in foreign language teaching, The Norwegian Journal of Development of the International Science, Oslo, Norway, № 120, 2023, səhifə 109-113

19. Dildə  leksık  boşluqlar və onların təsnifi. Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tərcüməşünaslığın müasir problemləri” Respublika elmi konfransı, ADU/NDU, 2023, (Çapda)