Şənay İmaməli qızı Sarıkaş

Şənay İmaməli qızı Sarıkaş

    Meliorasiya və Ekologiya mühəndisliyi kafedrasının 0,5 ştat müəllimi

                                           e-poçt:  senaysarikas8561@gmail.com

                                     universitet e-poçt:   senaysarikas@ndu.edu.az

 Sarıkaş Şənay İmaməli qızı 13 avqust 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində   anadan olmuşdur. İlk təhsilinə 1999-cu ildə Türkiyə Cumhuriyyətinin İstanbul şəhərində başlamışdır.   2010-cu ildə Bakı şəhəri, Xətai rayonu 116 saylı orta məktəbi bitirmişdir. Elə həmin  ildə, Azərbaycan   Memarlıq və İnşaat Universitetinin “Su Təsərrüfatı və Mühəndis Kommunikasiya Sistemləri” fakültəsinin “Ekologiya mühəndisliyi” ixtisasına daxil olmuş, 2014-cü ildə Universiteti bitirmişdir. 2020-ci ildə Naxçıvan Dövlət Universitetinin Magistratura Mərkəzində, bakalavr ixtisası  “Ekologiya mühəndisliyi”-nin magistr pilləsi olan “Bərk tullantıların emalı texnologiyası” ixtisasına daxil olmuş, 2022-ci ildə isə, həmin ixtisası bitirmişdir. Ailəlidir, 2 övladı var.

 

Dərc olunmuş elmi əsərlər:

1.     Naxçıvan Muxtar respublikasının ekoloji problemləri və onların həlli yolları, Sumqayıt Dövlət Universiteti, Konfrans materialları, 2022 №3-2

2.     İstifadəyə yararsız işlənmiş şinlərin təkrar istehsalı məsələləri, Təhsil, tədqiqat və innovasiyanın vəhdəti mövzusunda doktorant və magistrantların III regional elmi konfransının materialları, Naxçıvan, 30 aprel 2021