Meliorasiya və Ekologiya mühəndisliyi kafedrasının 0,5 ştat müəllimi
e poçt:settarnesirov@ndu.edu.az
natiqoruc2015@gmail.com
1961 - ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Bənəniyar kəndində anadan olmuşdur. 1978 - ci ildə Culfa rayonunun Bənəniyar kənd orta məktəbini bitirmiş, 1979 - cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olmuş və 1984 - cü ildə həmin institutun “Hidromeliorasiya” fakültəsini bitirmişdir. 1984 – 1999 - cu illərdə Naxçıvan Su Tikinti Trestində və onun müxtəlif idarələrində öz ixtisası üzrə mühəndis kimi fəaliyyət göstərmişdir. 1999 - cu ildən Naxçıvan MR Su Təsərrüfatı Nazirliyində baş mütəxəssis olaraq fəaliyyətə başlamış, şöbə müdirliyi vəzifəsinə qədər yüksəlmişdir və haliyədə həmin qurumda “Su ehtiyatlarından istifadə” şöbəsininin müdiri vəzifəsində çalışır. 2015 - ci ilin fevral ayından Naxçıvan Dövlət Universitetinin Meliorasiya və Ekologiya mühəndisliyi kafedrasına dəvət olunmuş və həmin ildən həmin kafedrada yarım ştat müəllim kimi fəaliyyət göstərir.
2003 - cü ildə “Naxçıvan Muxtar Respublikasında yerləşən yeraltı suların tədqiqi” layihəsinin qrup rəhbəri olmuşdur.
Nəsirov Səttar Şəmsəddin oğlu uğurlu əmək fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 2011 - ci il 04 iyun tarixli 1539 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.