Gimnaziyada şagirdlərin yaradıcı düşüncə, texnoloji təşəbbüskarlıq və innovasiya qabiliyyətlərinin inkişafı üçün xüsusi mühit formalaşdırılmışdır.
BioScript startap layihəsi
Hazırda Gimnaziyanın nəzdində fəaliyyət göstərən BioScript startapı tibbi innovasiyalar sahəsində şagird mərkəzli təşəbbüslərin inkişafında nümunəvi layihə hesab olunur.
Gimnaziya şagirdi Hüseyn Tahirov, Naxçıvan Dövlət Universitetinin müəllimi Hüseyn İmanov və magistrant Samir Həsənov ilə birgə İnnoStart inkubasiya proqramında üzrə III yer tutaraq inkubasiya mərhələsinə qəbul olunmuşdur.
"BioScript" tibbi innovasiya yönümlü startap layihəsi bir sıra yerli və regional tədbirlər çərçivəsində uğurla təqdim edilmiş və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.