Gimnaziyada STEAM təhsil modelinin tətbiqi və robototexnika sahəsində əldə edilən nəticələr təhsil müəssisəsinin innovativ yanaşmasının əyani göstəricisidir.
STEAM layihələri və uğurlar
Gimnaziyanın STEAM komandası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin "STEAM Naxçıvan" layihəsi çərçivəsində keçirilən yarışlarda altı dəfə qalib olmuşdur.
"STEAM Azərbaycan Festivalı (SAF 2022)" tədbirində komandamız ölkə üzrə nominasiyada II yer qazanaraq respublika səviyyəsində tanınmışdır.
Robototexnika olimpiadaları və beynəlxalq təmsil
Gimnaziya şagirdi Hüseyn Tahirov robototexnika sahəsində ardıcıl və sistemli uğurlar qazanmışdır:
• VI və VII Azərbaycan Respublikası Robot Olimpiadalarında "RoboSports" kateqoriyasında qalib olmuşdur
• Dünya Robot Olimpiadası (WRO) 2023 (Panama) yarışında Azərbaycan yığmasının üzvü kimi iştirak etmişdir
• Dünya Robot Olimpiadası (WRO) 2024 (İzmir, Türkiyə) yarışında ölkəmizi təmsil etmişdir
• Robotex Azərbaycan-Avrasiya çempionatında uğurlu nəticə göstərərək Türkiyədə keçirilən Robotex beynəlxalq yarışında Azərbaycanı təmsil etmək hüququ qazanmışdır