Şükürova Yaqut Telman qızı

Müəllim

E-mail:yaqutsukurova@ndu.edu.az
mehemmed1513memmedov@mail.ru

 

 

 

 

Mən – Şükürova Yaqut Telman qızı 30 avqust 1983-cü ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olmuşam. 1990-cı ildə Naxçıvan şəhər, 7 saylı orta məktəbin I sinfinə getmişəm, 2000-ci ildə həmin məktəbin XI sinfini   bitirmişəm. 2000-ci ildə Naxçıvan Dövlət Universtitetinin Fizika-Riyaziyyat fakültəsinin “Fizika” ixtisası üzrə bakalavr pilləsinə (əyani) qəbul olub, 2004-cü ildə oranı bitirmişəm. 2004-cü ildə Naxçıvan Dövlət Universitetinin “Yarımkeçiricilər fizikası” ixtisası üzrə magistraturasına əyani qəbul olub, 2006-cı ildə fərqlənmə diploma ilə bitirmişəm. 2007-ci ilin yanvar ayında Naxçıvan Dövlət Universitetinin “Nəzəri fizika” ixtisaası üzrə aspiranturasına   (indiki doktorantura) əyani olaraq qəbul olmuşam, 2010-cu ildə oranı bitirmişəm. Həmin müddətdə “Həsən Abdullayev adına mükafat”a layiq görülmüşəm.

 2010-2011-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Regionun inkişaf problemləri” elmi- tədqiqat laboratoriyasında elmi işçi işləmişəm. 2011-ci ildən 2018-ci ilə qədər Naxçıvan Dövlət Universitetinin Doktorantura şöbəsinin   müdiri vəzifəsində işləmişəm. 2018-ci ildə bu şöbənin adı dəyişilərək “Elmi tədqiqatların əlaqələndirilməsi” bölməsi adlandırılmışdır. 2018-ci ildən 2020-ci ilin sentyabr ayına qədər Naxçıvan Dövlət Universitetində Elmi T   Tədqiqatların Əlaqələndirilməsi bölməsinin müdiri vəzifəsində işləmişəm. Hal-hazırda Naxçıvan Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsinin “Ümumi və nəzəri fizika” kafedrasında tam ştat müəllim vəzifəsində işləyirəm.Ailəliyəm, iki övladım var.

Elmi əsərləri

1.      Guseinov V.,Shukurova Y.,(2008), Asymmetry in cooling of charged lepton gaz in neutrino pair emission by charged leptons in hot stellar magnetic fields, Fizikanın müasir problemləri II Respublika elmi konfransının materialları,68-70.

2.      Şükürova Y.,(2009), Maqnit sahəsində yüklü lepton tərəfindən neytrino və antineytrino şüalanması:polyarlaşma effektləri, Aspirantların və gənc tədqiqatçıların XIII Respublika Elmi Konfransının materialları,23.

3.      Şükürova Y., R.E.Gasimova, V.A.Huseynov Polarization effects in neutrino pairs production by electrons (positrons) in hot stellar magnetic fields. 2010

4.      Şükürova Y., R.E.Gasimova, V.A.Huseynov New distinguishing feature of a matter and an antimatter: asymmetry in the cooling of charged leptons and antileptons by means of neutrino pairs emissionin a magnetic field. 2010

5.      Şükürova Y.,(2011), Yüklü leptonların eninə polyarlaşmaları nəzərə alınmaqla maqnit sahəsində yüklü leptonlar(antileptonlar) tərəfindən neytrino cütlərinin buraxılması prosesində enerji itkiləri zamanı ortaya çıxan asimmetriyalar, Elmi əsərlər,Fizika-riyaziyyat və texnika elmləri seriyası,1,(35),74-79.

6.      Hacıyeva B., Əkbərova N., Şükürova Y. Elektronlar tərəfindən neytrino cütlərinin buraxılması prosesinin astrofizikada rolu. NDU, Elmi əsərlər, 2021

7.      Hacıyeva B., Şükürova Y. Uzununa polyarlaşma halında elektronlar əsas Landau səviyyəsində, pozitronlar isə birinci Landau səviyyəsində yarandıqda  prosesləri hesabına baş veriən enerji itkisi və oratay çıxan spin asimmetriyası. NDU, Elmi əsərlər. səh. 5, 2021

8.      Şükürova Y. Neytron ulduzları: mənşəyi və xüsusiyyətləri. Astrofizikanın müasir problemləri Respublika elmi konfransının materialları, 2022

9.      Şükürova Y. Maqnit sahəsində yüklü leptonlar (antileptonlar) tərəfindən neytrino cütlərinin buraxılması prosesində enerji itkiləri. 2023

10.  Şükürova Y. Müasir fizikanın tədrisində informasiya kommunikasiya texnologiyalarının rolu. İdarəetmə və təhsildə informasiya kommunikasiya texnologiyaları,I Respublika elmi konfransı, Naxçıvan, 2023