0,5 ştat baş müəllim
E-mail:elguntagiyev@ndu.edu.az
1991-ci ildə Naxçıvan MR Ordubad rayon Qoşadizə kəndində anadan olmuşam. 1998-ci ildə Naxçıvan MR Ordubad rayon Sabirkənd tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşam. 2009-cu ildə Naxçıvan MR Ordubad rayon Sabirkənd tam orta məktəbini bitirmişəm. Həmin ildə Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə Fizika müəllimliyi ixtisasına qəbul olmuşam. 2013-cü ildə Naxçıvan Dövlət Universitetinin bakalavır təhsil səviyyəsini bitirmişəm. Universitetdə təhsil aldığım illərdə Respublika fənn olimpiadalarında, Respublika TEC konfranslarında Universiteti dəfələrlə təmsil etmiş, pedaqoji təcrübə keçdiyi tam orta məktəblərdə genişmiqyaslı elmi, ictimai-siyasi tədbirlər keçirmiş, Universitet və adı çəkilən müəsissələr tərəfindən onlarla fəxrifərman və diplomlarla təltif olunmuşam.
2013-cü ildə Naxçıvan Dövlət Universitetinin magistratura fakültəsinin Yarımkeçiricilər ixtisasına qəbul olmuşam. Hərbi xidmət keçməsilə bağlı öz ərizəm əsasında təhsilinə bir illik möhlət icazəsi almışam. 2013-cü ilin iyul a ayının 24-dən 2014-cü il iyul ayının 1-dək Naxçıvan şəhərində 215 №-li hərbi hissədə hərbi xidmət keçmişəm. 2014-cü il iyul ayının 1-dən kiçik çavuş rütbəsilə Azərbaycan silahlı qüvvələrinin ehtiyatına buraxılmışam. Xidmətdə fərqləndiyinə görə fəxri fərman və vətənə sevgi məktubu ilə təltif olunmuşam. 2014-cü il sentyabr ayından magistratura təhsil səviyyəsində öz təhsilimə bərpa olunmuşam. 2016-cı ildə Naxçıvan Dövlət Universitetinin həmin ixtisası üzrə magistratura təhsil səviyyəsini bitirmişəm. 2015-ci ildə avqust ayında keçirilən müəllimlərin vakansiya yolu ilə işə qəbulunda Naxçıvan MR Ordubad rayon Behrud kənd tam orta məktəbinə fizika müəllimi təyin olunmuşam. 2016-cı ildə Naxçıvan Dövlət Universitetinin Elektron Təhsil Şöbəsində baş insipektor vəzifəsinə təyin edilmişəm. 2018-ci ildə Universitetdə struktur dəyişikliyi zamanı həmin vəzifədən İKT və ETŞ üzrə müavin vəzifəsinə təyin edilmişəm. 2018-ci ildə Naxçıvan Dövlət Universitetində 0,5 ştat müəllim müəllim vəzifəsinə təyin edilmişəm. 2017-ci ildən Naxçıvan Dövlət Universitetinin doktorantura şöbəsində “Məsaməli silisiumda AIIBIV birləşmələrinin kontaktı əsasındakı diod strukturlarında elektron prosesləri” mövzusunda elmi iş götürmüş və həmin universitetin dissertantıyam. 2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 2015-ci ildən Yeni Azərbaycan Partiyası Universitet Şəhərciyi ərazi ilk təşkilatı Gənclər birliyinin sədriyəm. 2018-ci ildən isə Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər Təşkilatı Gənclər Birliyi idarə heyətinin üzvüyəm. 2023-cü ildə baş müəllim vəzifəsinə təyin olunmuşam.
Ailəliyəm. 2 övladım var.
Elmi əsərləri
1. Yarımkeçirici CuFeS2 təbəqələrinin xüsusi elektirik müqavimət-lərinin temperaturdan asılılığının tətbiqi (məqalə) Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər”2014, №7(63) Qocayev F.R. Nuriyev M.Ə Tağıyev E.B.
2. Yarımkeçirici CuFeS2 təbəqəsində Yunq modulunun tədqiqiməqalə Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər”2015, №5(73) Qocayeva F.R. Tağıyev E.B.
3. Tələbə gənclər arasında ictimai-siyasi fikrin inkişafında Universitet Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin rolu (konfrans materealı) Naxçıvan Dövlət Universiteti “QEYRƏT” 2017
4. JOURNAL OF OPTOELECTRONICS AND ADVANCED MATERIALS Vol. 20, No. 9-10, September – October 2018, p. 468 – 473. Nano-structure solar cells on the base of p-Si/Cd1-xZnxO thin film heterojunctions. H. M. MAMEDOV*, V. U. MAMMADOV, V. J. MAMMADOVA, Kh. M. AHMEDOVA, E. B. TAGIYEV, L. E. AGAZADE
5. doi: 10.4302/plp.v10i3.813 PHOTONICS LETTERS OF POLAND, VOL. 10 (3), 73-75 (2018) http://www.photonics.pl/PLP © 2018 Photonics Society of Poland Fabrication and characterization of c-Si/porous-Si/CdS/ZnxCd1-xO heterojunctions for applications in nanostructured solar cells. Huseyn M Mamedov,*1 Mustafa Muradov1, Zoltan Konya2, Akos Kukovecz2, Krisztian Kordas3, Syed Ismat Shah4, Vusala J Mamedova1, Khumar M Ahmedova1, Elgun B Tagiyev1, Vusal U Mamedov1 1Baku State University, Z.Khalilov str., 23, Baku, Azerbaijan, Az1148 2University of Szeged, Dugonicstér 13, Szeged, Hungary, Szeged 6720 3Microelectronics Research Unit, University of Oulu, P.O.Box 4500, 90570, Oulu, Finland 4University of Delaware, 208 DuPont Hall, Newark, DE 19716, USA
6. 2018 Fall Meeting. Conference and exhibition will be held at the Main Campus of the Warsaw University of Technology. Plac Politechniki 1 - Warsaw, Poland. Flexible solar cells on the basis of p-CdTe films. Authors : Huseyn M Mamedov, Elgun B Tagiyev, Vusal U Mamedov, Elmira A Khanmamedova, Affiliations: Baku State University, Z.Khalilov str., 23, Baku, Azerbaijan, Az1148
7. Fizika təlimində təcrübə nьmayiєlərinin aparılmasında yenı эnformasıya texnologıyaları vasitələrinin tətbiq texnologiyası. (məqalə) Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər”2020, S.A.CƏFƏROV E.B.TAĞIYEV
8. E.B.Tağıyev. Fizikadan məsələ həlli təlimin keyfiyyətinin yüksəldilməsində vasitə kimi. NDU, Elmi əsərlər. 2021
9. İnformasiya texnologiyalarının effektiv tətbiqi əsasında fizika dərslərinin tədrisi prosesinin optimallaşdırılması (konfrans materealı, Fizika və astranomiya) Naxçıvan Dövlət Universiteti 2022, S.A.Cəfərov E.B.Tağıyev
10. Aşağı temperaturların alınması üsulları. İfratkeçiricilik effekti və onun praktik tətbiq sahələri (məqalə) Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər” 2022, F.R.Qocayev E.B.Tağıyev
11. Ağırlıq qüvvəsinin təsiri altında hərəkətin öyrənilməsində yeni təlim texnologiyalarından istifadə (məqalə) Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər” 2022, S.A.Cəfərov E.B.Tağıyev
12. Təcrübə-fizika dərslərində tələbələrin idrak fəaliyyətinin inkişaf şərtlərindən biridir (məqalə) Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər” 2023, E.Tağıyev, S.Cəfərov, Ə.Abbasov
13. Fizikanın tədrisində ənənəvi və innovativ yanaşmalar (məqalə) Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər” 2023, E.Tağıyev, S.Cəfərov, Ə.Abbasov
14. Fizikanın tədrisində problemli təlim. (konfrans materealı, Fizika və astranomiya) Naxçıvan Dövlət Universiteti 2023, S.A.Cəfərov , E.B.Tağıyev
15. Fizikadan məsələ həlli təlimin keyfiyyətinin yüksəldilməsində yeni informasiya texnologiyalarından istifadənin rolu. (məqalə) Naxçıvan Müəllimlər İnsitutu “Elmi əsərlər” 2023, S.Cəfərov, E.Tağıyev
16. Dərs vəsaiti - “Ümumi fizika kursu üzrə laboratoriya işləri kompüter modelləri əsasında” 2023. S.A.CƏFƏROV, E.B.TAĞIYEV