Tarverdiyev Məhərrəm Novruz oğlu
Tibb üzrə fəlsəfə doktoru
Mən Tarverdiyev Məhərrəm Novruz oğlu 16.08.1960-cı ildə Babək rayon Nehrəm kəndində anadan olmuşam. 1967-1977-ci illərdə Nehrəm 1 nömrəli orta məktəbi bitirmişəm. 1977-1979-cu illərdə Bbaək rayon Komminizm kolxozunda fəhlə işləmişəm. 1979-1985-ci illərdə N. Nərimanov adına Tibb İnstitunda Müalicə-Profililaktika fakültəsinə bitirmişəm. 1985-1986-cı illərdə Bakı ş. Təcili Yardım Xəstəxanasında internatura kursunu bitirib həkim cərrah ixtisasını almışam. 1986-1989-cu illərdə Culfa Dəmir Yolu Xəstəxanasında, 1989-1995-ci illərdə Naxçıvan ş. Xəstəxanasında, 1995-ci ildən hal-hazıradək Respublika Xəstəxanasında həkim cərrah işlədim. 2004-2018-ci illərdə Cərrahoyyə Blokun şöbə müdiri, 2009-cu ildən hal-hazıradək Cərrahiyyə şöbəsinin müdiriyəm. Müəyyən illərdə həkimlərin təkmilləşmə institunda ixtisas artırma kurslarında dəfələrlə olmuşam. 2009-cu ildə Tibb üzrə fəlsəfə doktoru adını almışam. Səhiyyə əlaçısı, əməkdar həkim, Səhiyyə nazirinin fəxri fərmanına layiq görülmüşəm. 40-dan çox elmi məqalənin, 6 səmərələşdirici təklifin müəllifiyəm. Ailəliyəm üç evladım var.