+994 60 200 55 65
Emin Məmmədov 1987-ci ildə Naxçıvan şəhərində anadan olub.
Orta təhsilini 1994-2005-ci illərdə Naxçıvan şəhər 15 saylı tam orta məktəbində alıb. 2005-2009-cu illərdə Naxçıvan Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr, 2010-2012-ci illərdə Naxçıvan Dövlət Universitetində arxeologiya və etnoqrafiya ixtisaslaşması üzrə magistr, 2013-2016-cı illərdə AMEA Naxçıvan Bölməsində arxeologiya ixtisası üzrə doktorantura təhsili almışdır.
2009-2010-cu illərdə Naxçıvan Muxtar Respublikasında həqiqi hərbi xidmətdə olmuş və xidmətini kiçik çavuş, manqa komandiri olaraq başa vurmuşdur.
2011-2013-cü illərdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda kiçik elmi işçi, 2013-2019-cu illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində elmi katib, 2019-2021-ci illərdə Naxçıvan Müəllimlər İnstitutunda rektor köməkçisi, kafedra müdiri və baş müəllim, 2020-2021-ci illərdə Naxçıvan Dövlət Universitetində müəllim, 2021-2023-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatında şöbə müdiri, 2023-2024-cü illərdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentində sektor müdiri vəzifələrində işləmişdir.
2021-ci ildə “Azərbaycanın Şərur rayonunun Eneolit və Erkən Tunc dövrü abidələri (e.ə V-III minilliklər)” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə 2022-ci ildə “Dövlət qulluğunun baş müşaviri” ixtisas dərəcəsini almışdır.
Emin Məmmədov 2024-cü il mart ayının 13-dən Naxçıvan Dövlət Universitetində Magistratura və Doktorantura Mərkəzində direktor müavini, 2024-cü il iyun ayının 1-dən Xarici tələbələrlə iş üzrə dekanlıqda dekan, 2025-ci ilin yanvar ayının 23-dən isə Əcnəbi təhsilalanlarla iş və hazırlıq mərkəzinin direktoru vəzifəsində çalışır. Tarix-filologiya fakültəsində Ümumi tarix kafedrasının müəllimidir.
Elmi əsərlərinin siyahısı
№ |
İşin adı |
İşin növü |
Nəşriyyat, jurnal və s. adı |
İşin həcmi |
1 |
“Sioni kültürü”: Yeni buluntular işığında. |
Tezis |
Atatürk Üniversiteti. “Uluslararası Doğu Anadolu-Güney Kafkasya kültürleri” sempozyumu. Erzurum, 10-13 oktyabr 2012 |
1 s |
2 |
Naxçıvanın Şərur böl-gəsində aparılmış arxeo-loji tədqiqatlar (1995-2015).
|
Məqalə |
AMEA Naxçıvan Bölməsi, “Naxçıvan müstəqillik illərində: Hədəflər, inkişaf, nəticələr” Respublika elmi konfransının materialları, Naxçıvan 3-4 dekabr 2015. |
6 s |
3 |
Arpaçay vadisinin Eneolit mədəniyyəti.
|
Məqalə |
AMEA Naxçıvan Bölməsi, Xəbərlər, № 3, Naxçıvan, 2016, İSSN 2218-4783 |
6 s |
4 |
Qədim Şərur bölgəsinin Erkən–Tunc dövrü kera-mikası tarixindən (1991-2015-ci illər) |
Məqalə |
Naxçıvan Dövlət Universiteti, Elmi əsərlər, № 5 (79), Naxçıvan, 2016, İSSN 2224-0829 |
4 s |
5 |
Arpaçay vadisinin Erkən Tunc dövrü mədəniyyəti. |
Məqalə |
Bakı Slavyan Universiteti, “Ulu öndər Heydər Əliyevin irsində multikultural və tolerant dəyərlər” Beynəlxalq elmi konfransının materialları, Bakı 3-5 may 2016. |
3 s |
6 |
Naxçıvanın qədim dövr tarixinin öyrənilməsində Şərur bölgəsinin Eneolit dövrü abidələrinin rolu.
|
Məqalə |
Gəncə Dövlət Uni-versiteti, “Gənc alimlərin I beynəlxalq elmi konfransı” Beynəlxalq elmi konfransının materialları, Gəncə, 17-18 oktyabr 2016
|
2 s |
7 |
Eneolit dövrünün qədim yaşayış yerləri (Şərur abidələri timsalında).
|
Məqalə |
Naxçıvan Dövlət Universiteti, Elmi əsərlər, №2(83), Naxçıvan, 2017, İSSN 2224-0829 |
3 s |
8 |
Şərur arxeoloji abidələrinin tədqiqi Eneolit mədəniyyətinin öyrənilməsinə mühüm töhfədir. |
Məqalə |
Naxçıvan Dövlət Universiteti, Elmi əsərlər, № 6 (87), Naxçıvan, 2017, İSSN 2224-0829 |
5 s |
9 |
Eneolit və Erkən Tunc dövrünün qəbir abidələri (Şərur abidələri timsalında).
|
Məqalə |
Bakı Dövlət Universiteti, Tarix və onun problemləri, № 2, Bakı 2017, İSSN 1047
|
4 s |
10 |
Ovchulartepe settlement as a magnificent monu-ment of Eneolithic period and Early bronze age.
|
Məqalə |
ISPEC International Journal of Social Sciences & Humanities, E-ISSN: 2717-7262 Vol: 1, Issue: 1, 2017 |
4 s |
11 |
Ovchulartepe settlement as a magnificent monu-ment of Eneolithic period and Early bronze age.
|
Məqalə |
“Uluslararası Çinden Adriyatike Sosyal Bilimler Konqresi”, Beynəlxalq konqresi, İKSAD 11-14 Ekim 2018 Bakü- Azerbaycan |
4 s |
12 |
Orta Tunc dövrü Şortəpə yaşayış yeri və nekropolu. |
Məqalə |
Naxçıvan Universiteti, Elmi əsərlər, № 2 (9), Naxçıvan 2018, İSSN 2616-4248 |
8 s |
13 |
Research on the origin of Eneolithic culture (Regarding the study of Nakhchivan-Sharur archeological monuments) |
Məqalə |
Гілея науковий вісник. Ukrayna |
|
14 |
Chronology of Eneolithic culture (Regarding the study of Nakhchivan-Sharur archeological monuments) |
Məqalə |
Проблемы науки. Rusiya
|
|
15 |
Metalworking and metallization art in the Eneolithic settlements of Sharur region |
Məqalə |
İnternauka. İnternational conference |
|