Məmmədova Səidə Müslüm qızı

                         Professor

                                                                                    E- mail: 

 

 Məmmədova  Səidə  Müslüm qızı 25 may 1942- cı ildə Naxçıvan şəhərində qulluqçu ailəsində dünyaya göz açıb.

 1949 cu ildə Naxçıvan şəhər 3№ li orta məktəbdə təhsil alıb.1960 cı ildə həmin məktəbi bitirib.1960 -cı ildə 1 № li

 musiqi məktəbini bitirdikdən sonra  A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq şöbəsinə qəbul

 olunub .1964- cu ildə A. Zeynallı adına orta ixtisas musiqi məktəbini bitirib. Həmin ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijorluq  şöbəsinə  qəbul olunub.1969 -cu ildə Konservatoriyanı  bitirdikdən sonra təyinatla Naxçıvan

şəhər 1№ li məktəbdə müəllim işləyib. Bakıda konservatoriyada oxuduğu müddət  1964 -cu ildən 1969-cu ilədək Bakı şəhər Nərminanov rayon Mədəniyyət sarayının bədii rəhbəri və fortepiano ixtisası üzrə müəllim işləyib.1969 -cu ildən aprel 1975-ci ilədək Naxçıvan şəhər 1 № li musiqi məktəbində  fortepiano ixtisası üzrə müəllim və  xormeyster işləyib.Aprel 1975 -ci ildən yeni yaranmış Naxçıvan orta ixtisas musiqi texnikomunun müdiri təyin olunub və 1983 - cü ilədək texnikumun müdiri işləyib.1994  cu ildən 1996-ci ilədək NDU da müəllim işləyib.1996 cı ildən bu günə Naxçıvan Dövlət Universitetinin  İncəsənət fakültəsinin Fortepiano  kafedrasının kafedra müdiri vəzifəsində işləyir.

           Elmi məqalələri

1.     Elmi ədəbiyyatda Azərbaycan xor sənətinin işıqlandırılması  “ Musiqi dünyası” 2009   № 1-2 ( səh  61-62 )

2.     Azərbaycan professional  musiqisində 2000 -ci illər ərəfəsində yazılmış xor işləmələri haqqında    “İncəsənət və mədəniyyət problemləri” 2009  № 1-2    (27-28) (səh 119-122)

3.     “Naxçıvan musiqi mədəni həyatından bəzi səhifələr” Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitu "İncəsənət  və mədəniyyət  problemləri"  2009 № 3 (29) Səh 55-57

4.     Azərbaycan bəstəkarlarının yaradıcılığında uşaq xor əsərlərində ifaçılıq xüsusiyyətləri    “Azərbaycan Respublikası Təhsil

 

 

 

 

problemləri İnstutu Bakı 2010 Metodik tövsiyyə 32 səh

5.     Mənşəcə ən qədim musiqi aləti -Fleyta  NDU" Qeyrət" nəşriyyat  2016 (pr№ 1) (səh 221-224)

 

     FƏXRI   FƏRMANLAR

1.SSRİ-nin yaranmasının 50 illiyinə həsr olunmuş Bədii özfəaliyyət İncəsənəti Festifalında müvəffəqiyyətli çıxışına görə Səidə Müslüm qızı Məmmədova Fəxri Fərmanla təltif olunur. 6 dekabr 1972-ci il Azərbaycan SSR Mədəniyyət Nazirliyi.

 2.Naxçıvan MSSR Ali Sovetinin Rəyasət Heyəti Naxçıvan  MSSR Mədəniyyət  Nazirliyinin sistemində uzun illər səmərəli işlədiyinə görə və SSRİ-nin təşkil edilməsinin 50 illiyi ilə əlaqədar olaraq 1973-cü il 4 yanvar tarixli fərman ilə Səidə Müslüm qızı Məmmədova Naxçıvan MSSR  Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı  ilə təltif edir.

3.Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti səmərəli fəaliyyətinə, qazandığı müvəffəqiyyətlərinə görə və Naxçıvan  MSSR-nin yaradılmasının 50 illiyi ilə əlaqədar olaraq 1974-cü il 4 oktyabr tarixli fərmanı ilə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edir. Bakı 1974-cü il 4 oktyabr.

4.Muxtar respublikada bədii özfəaliyyətin inkişaf etdirilməsində xidmətinə və zəhmətkeşlərin bədii özfəaliyyət yaradıcılığının Birinci Ümumittifaq Festifalı -nın hazırlanması və keçirilməsi sahəsində görkəmli fəaliyyətinə görə Naxçıvan  MSSR  Ali Sovetinin Rəyasət Heyəti 1977-cilil 30 dekabr tarixli Fərmanı ilə Naxçıvan MSSR Əməkdar İncəsənət Xadimi fəxri adı verilmişdir.Nax. MSSR 1977-ci il 30 dekabr.

 5.Böyük Oktyabrın  60 illiyinə həsr olunmuş məhsul bayramında fəal iştirakına görə Fəxri Fərmanla təltif edilir. 2 dekabr 1977-ci il Nax.MSSR Mədəniyyət Nazirliyi.

6.1977-1979-cu illərdə Naxçıvan şəhər zəhmətkeşlər deputatları Sovetinə deputat seçilib.

7.Məmmədova Səidə Müslüm qızı “Əmək veteranı” medalı ilə təltif olunub.5 aprel 1988-ci il Naxçıvan MR Ali Baş Sovetinin katibi.

8.Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti özfəaliyyət incəsənətinin inkişafında xidmətlərinə, Böyük Oktyabrın 70 illiyinə həsr olunmuş II Respublika Xalq Yaradıcılığı Festifalında fəal iştirakına görə Səidə Müslüm qızı Məmmədova 1988-ci il 11 aprel tarixli fərmanla Azərbaycan SSR " Əməkdar Mədəniyyət İşçisi" fəxri adı verilib.

9.Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 20 0ktyabr 1999-cu il  tarixli 1-165/10 № li qərarı iə Y.Məmmədəliyev

 

adına NDU İfaçılıq kafedra- sının müdiri Səidə Müslüm qızı Məmmədova təhsil,elm sahəsində və ictimai işlər- də əldə etdiyi nailiyyətlərə görə və Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi münasibətilə  Fəxri Fərmanla təltif edilir. 20 oktyabr 1999-cu il N785 Azərbaycan Respublikası Təhsil Nazirliyi.

10.Azərbaycan Ali Attestasiya Komissiyasının 12 mart 1999-cu il (protokol №11) qərarı ilə S.Məmmədovaya İfaçılıq kafedrasının dosenti elmi adı verilmişdir. Dosent attestatı DG №01301

11.”Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatları və ondan səmərəli istifadə yolları” mövzusunda keçirilən Beynəlxalq Simpoziumun bədii hissəsində universitet xorunun yüksək səviyyədə çıxışını nəzərə alaraq xorun rəhbəri,İfaçılıq kafedrasının müdiri,dosent Səidə Müslüm qızı Məmmədova Fəxri Fərmanla təltif edilir. Nax.şəhər. NDU 27 sentyabr 2000-ci il.

12.Naxçıvan Dövlət Universitetinin Elmi Şurası 1 aprel 2002-ci il tarixli 7№ li qərarı ilı 2001/2002-ci tədris ilinin I yarısında universitet kadrları arasında yüksək göstəricilər əldə edib birinci yerə çıxdığınan İfaçılıq kafedrasının müdiri, dosent Məmmədova Səidə Müslüm qızı Fəxri Fərmanbla təltif edilir. 1 aprel 2002-ci il. Qeydiyyat №17  NDU

13.  25 may 2002-ci il Nax.MR Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif  olunub.

14. 20 0ktyabr 2007-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.

15. 10 may 2007-ci il tarixdə incəsənət xadimlərinə verilən Azərbaycan Respublikası Prezidentinin “Fəxri təqaüdünə” layiq görülmüşəm.

     Bəstələdiyi mahnılar

1.     “Naxçıvanam”

Sözləri : İsa Həbibbəyli

Musiqisi : Səidə Məmmədova

2.     “Nigarım mənim”

Sözləri : Kəmalə Ağayeva

Musiqisi : Səidə Məmmədova

3.     “Görüş”

Sözləri : Ənvər Əlibəyli

Musiqisi: Səidə Məmmədova

4.     “Ürəyimdəsən”

Sözləri : Hüseyn Razi

Musiqisi: Səidə Məmmədova

5.     “Sevirəm yurdumu”

Sözləri : Müzəffər Nəsirli

Musiqisi : Səidə Məmmədova

6.     “O kaman səsi”

Sözləri : Kəmalə Ağayeva

Musiqisi : Səidə Məmmədova

7.     “Ağırdır”

Sözləri : Elmira Qasımova

Musiqisi: Səidə Məmmədova

8.     “ Tələbələr mahnısı”

Sözləri : Vaqif Məmmədov

Musiqisi : Səidə Məmmədova .

 

    Səidə Müslüm qızı Məmmədova haqqında qəzetlərdə  çıxan məqalələr

1 Şərq qapısı  18 oktyabr 2007

2 Sevilən Naxçıvan  18 noyabr 1987

3 Bakinsky rabokiy  1 aprel 1999

4 Bakinsky rabokiy   31 iyun 2001

5 Şərq qapısı 25 may 2002

6 Şərq qapısı  10 iyun 2004

7Şərq qapısı 21 may 2005

8Şərq qapısı  4 may 2006

9Şərq qapısı 15 may 2007