Memarlıq kafedrasının müəllimi
E-mail:mesumequluzade@ndu.edu.az
ferehguluzade@gmail.com
Məsumə Akif qızı Quluzadə 30 iyul 1993-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2011-ci ildə Naxçıvan şəhərində orta məktəbi bitirmişdir. 2011- 2015-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Memarlıq-mühəndislik” fakültəsinin “Memarlıq” ixtisasında təhsil alıb. 2013-cü ildə Naxçıvan şəhər 12 №-li tam orta məktəbdə şahmat müəllimi vəzifəsində işləməyə başlayıb.
2016-ci ildən Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Lahiyə-smeta qrupunda aparıcı mütəxəssis vəzifəsinə təyin olunub. 2016- 2018-ci ildə Naxçıvan Dövlət Universitetinin Magistratura pilləsinin “Memarlıq abidələrinin bərpası və yenidən qurulması” ixtisasında təhsilini davam etdirib. 2018-2023-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitunun Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsində böyük laborant vəzifəsində çalışıb. Hazırda Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin “Memarlıq” kafedrasında müəllim vəzifəsində işləyir. Məsumə Quluzadənin 7 elmi məqaləsi 1 konfrans materialı dərc olunmuşdur.
Dərc olunmuş elmi əsərlər:
1. Memarlıq layihələndirməsinin tədqiqi məsələləri. AMEA. Naxçıvan bölməsi. İncəsənət, Dil və Ədəbiyyat institutu. Axtarışlar №4 , 2017, 153-156 s.
2. Naxçıvan qalalarının memarlığı. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Naxçıvan Dövlət Universiteti. Magistrantların regional elmi konfransının materialları-№ 9, Naxçıvan. Qeyrət nəşriyyatı, 2018.79-81 s.
3. Əlincəqala abidəsi və onun memarlıq məsələləri. AMEA. Naxçıvan bölməsi. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu.Axtarışlar №1 (27), Cild 8, Naxçıvan, 2018, 158-160 s.
4. Dizayn anlayışı. AMEA Naxçıvan bölməsi. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu.Axtarışlar № 2 (28), Cild 8, Naxçıvan, 2018, 174-177s.
5. Naxçıvan memarlıq abidələrinin tarixinə dair bəzi qeydlər. AMEA Naxçıvan bölməsi. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu.Axtarışlar №1, (31) Cild 9, Naxçıvan, 2019, 211-215s.
6. Memarlıq abidələrinin bərpasının üslub məsələləri. AMEA Naxçıvan bölməsi. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu.Axtarışlar №2, (32) Cild 10, Naxçıvan “Tusi”, 2019, 149-153s.
7. Naxçıvanın orta əsr qalalarının memarlığı. AMEA Naxçıvan bölməsi. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu.Axtarışlar №2, (42) Cild 16, Naxçıvan, “Tusi”, 2022, 253-259 s.