Bildiriş
Doktorant və Dissertantların nəzərinə!
TƏDRİS PROSESİ
Tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (5 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 30 kredit müəyyənləşdirilir. Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planları hazırlanır.
DİSTANT TƏHSİL
Naxçıvan Dövlət Universitetində “Distant təhsil” – tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki, vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır.
ELEKTRON TƏHSİL
Boloniya prosesinin prinsiplərinə uyğun olaraq, tədris prosesində elektron vasitələrdən, informasiya texnologiyalarından istifadə edilərək Elektron təhsilin təşkili və həyata keçirilməsini təmin edir.
Bizi niyə seçməli?
60-dan Çox İxtisas Seçimi
Hazırda Naxçıvan Dövlət Universitetində 11 fakültə və 1 mərkəz fəaliyyət göstərir. 63 ixtisas üzrə bakalavr, 76 ixtisaslaşma üzrə magistr, 60 ixtisas üzrə doktorant, 24 ixtisas üzrə rezident hazırlığı həyata keçirilir. Ümumilikdə universitetdə 6 min nəfərə yaxın tələbə təhsil alır. Tələbələr sırasında 9 ölkədən 986 nəfərdən çox xarici vardır.
Beynəlxalq Əməkdaşlıq
Naxçıvan Dövlət Universiteti TEMPUS proqramı üzrə 8 beynəlxalq layihənin iştirakçısıdır. Bundan başqa, Naxçıvan Dövlət Universitetində Erasmus-Mundus proqramı əsasında tələbə mübadiləsi həyata keçirilir. İndiyədək 100-ə yaxın tələbə bu mübadilə proqramı çərçivəsində Avropanın tanınmış universitetlərində təhsil almışlar.
Qazanılmış Nailiyyətlər
2014-cü ildə Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatının (AKTAM) Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirdiyi “Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi” layihəsində Naxçivan Dövlət Universiteti 799 balla Azərbaycan Ali Təhsil Müəssisələri içərisində Birinci Yerə layiq görülmüşdür.

Bakalavr Məzun
Magistr Məzun
Doktorant
Müəllim heyəti
Təhsil millətin gələcəyidir.

Heydər Əliyev
Ulu öndərTəhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz.

Heydər Əliyev
Ulu öndərBağlı bir qapıya açar axtarsan,
Ancaq alimlərdə axtar, taparsan.
